Təhlükəsizlik və səliqə üçün istifadə olunan metal dolablarının istehsalı.
Metal dolab gündəlik həyatımızda tez-tez rast gəldiyimiz, ümumiyyətlə şirkətlərdə, ofislərdə və ya atelyelərdə istifadə olunan, personalın paltarlarının saxlandığı və ya ofis mühitində qovluq, fayl kimi məhsulların saxlandığı boyalı, kilidli məhsullardır.
Metal dolablar davamlı meteriallar istifadə edilərək hazırlanır. Bu da onların ağır yüklərə, zərbələrə və uzun müddət istifadə edilməyə qarşı yüksək davamlı olmasını təmin edir. Sənaye sahələrindəki sərt iş şəraitində belə, metal dolablar formalarını və funksionallıqlarını qoruyurlar.
Yanğına davamlı metal dolablar xüsusi material və izolyasiya təbəqələri ilə təmin edilir ki, bu da onların yüksək temperaturda belə içərisindəki əşyaları qorumasını təmin edir. Bununla yanaşı, paslanmayan metal dolablar nəmə və rütubətə qarşı qoruyucu örtüklə təchiz olunur, bu da onların açıq havada və ya rütubətli mühitlərdə uzunmüddətli istifadəsini mümkün edir.
Bu gün ofislər, fabriklər, emalatxanalar, universitetlər, avtomobil sektoru, aviasiya sektoru, otellər və bir çox fərqli sektorlarda metal dolablara üstünlük verilir. Demək olar ki, elə bir sektor yoxdur ki, ona üstünlük verilməsin. Bunun səbəbi, ən kiçik miqyaslı şirkətlərdən tutmuş ən böyük miqyaslı şirkətlərə qədər demək olar ki, bütün kadr və fayl saxlama ehtiyaclarının əsas ehtiyacıdır.
Biz isə Pim Group olaraq metal dolab istehsalında yüksək təcrübəmizlə sizlərə xidmət edirik. Ətraflı məlumat və sifariş üçün bizimlə əlaqə saxlayın.